Haker Trampın Tvitter şifrəsini sındırdı

Haker Trampın Tvitter şifrəsini sındırdıHollandiyalı haker Viktor Gevers ABŞ Prezidenti Donald Trampın Tvitter hesabının şifrəsini tapıb və səhifəyə giriş əldə edib.

Teleqraf.com xəbər verir ki, Viktor Geversin Donald Trampın hesabını 5-ci cəhddə ələ keçirib.

Qeyd edək ki, Donald Trampın 87 milyon izləyicisi var.

Məlumata görə, hesaba necə daxil olmasının izahını Trampın e-mail ünvanına göndərən Viktor Gevers ABŞ prezidentinə daha etibarlı şifrə yaratmağı tövsiyə edib.

Trampın Tvitter şifrəsi əvvəllər də hollandiyalı hakerlər tərəfindən ələ keçirilib.