ABŞ-da bir gündə 805 nəfər koronadan öldü
Dərc olunub:
23-10-2020, 08:31
ABŞ-da gün ərzində daha 805 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 228 min 213 nəfərə çatıb.
Qeyd edək ki, ABŞ-da indiyədək 8 milyon 646 mindən çox insan koronaya yoluxub.