Sizin Reklam Burada

Hindistan COVID-19 əleyhinə peyvəndin hazırlanması və istehsalında əhəmiyyətli və mötəbər rol oynayır

Hindistan COVID-19 əleyhinə peyvəndin hazırlanması və istehsalında əhəmiyyətli və mötəbər rol oynayırHindistanda COVID-19 əleyhinə peyvəndin hazırlanması və istehsalı haqqında suallara cavab verən Hindistanın Azərbaycan Respublikasındakı səfiri B. Vanlalvavna, Hindistanın hal-hazırda üç aparıcı Covid-19 əleyhinə namizəd peyvəndi üzərində çalışdığını söylədi. Üç namizəd peyvənddən ikisi yerli olaraq “Bharat Biotech International” və “Zydus Cadila” tərəfindən hazırlanır və hər ikisi II kliniki sınaq mərhələsindədir. Hindistanın Serum İnstitutu tərəfindən AztraZeneca ilə birgə hazırlanan üçüncü namizəd peyvənd isə klinik sınaqların III mərhələsindədir və istehsalı artıq başlamışdır.

Səfir,Hindistanın bu istiqamətdə əldə etdiyi uğurları da sadaladı. O, könüllülərin və daha geniş ictimaiyyətin iştirakı ilə elmi cəmiyyətin Hindistan xalqı və bütün bəşəriyyət naminə tezliklə təhlükəsiz və səmərəli peyvənd istehsal etmək istiqamətində çalışdıqlarını bildirdi. Hindistan dünyanın ən böyük peyvənd istehsalçısıdır. Hindistanın hər il təxminən 3 milyard doza peyvənd istehsal etmək üzrə ümumi təcrübəsi, sınaqları keçirilən peyvəndlər rəsmi şəkildə təsdiqləndikdən sonra həlledici rol oynayacaqdır.
Hindistan Baş Nazirinin bu yaxınlarda söylədiklərinə toxunan Səfir, Hindistanın səlis immunizasiya prosesini təmin etmək məqsədilə rəqəmsallaşdırılmış şəbəkədən istifadə etməklə yaxşı təşkil olunmuş peyvəndləmə sisteminin tətbiq edilməsi üzərində çalışdığını söylədi.

Hindistanda COVID-19 üzrə son vəziyyətlə əlaqədar olaraq Səfir, 2020-ci ilin iyul ayının sonundan bəri ilk dəfə olaraq gündəlik yoluxma sayının son günlərdə 50.000-dən aşağıya endiyini söylədi. Hindistan, təxminən 88.6 % ilə yüksək sağalma və 1.52 % ilə aşağı ölüm nisbətinə malik olmaqda davam edir. Virusla mübarizənin ən səmərəli strategiyalarından birinin test aparılması olduğunu qəbul edən Hindistan, hər gün 1 milyondan çox test həyata keçirməklə daha çox fərdləri test etmək qabiliyyətini artırmışdır. O, Hindistanın indiyə qədər 95 milyondan çox COVID-19 testi həyata keçirdiyini söylədi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər