Sizin Reklam Burada

Misirdə Azərbaycan diaspor sədrinin geniş müsahibəsi dərc olundu

Misirdə Azərbaycan diaspor sədrinin geniş müsahibəsi dərc olunduMisirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov “zatmasr.com” saytında, tədqiqatçı jurnalist Məhəmməd əl-Leysiyə verdiyi geniş müsahibəsi dərc olunub.

Diaspora sədri ermənilərin Qarabağa köçürülmə tarixindən danışarkən, alman professoru Yuhəns Raunun Qarabağ haqqında yazdığı kitaba istinad edib. Kitabda qeyd olunur ki, 1828 – ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsi başlamışdır. Müqavilə imzalananda Ermənistanın paytaxtı Yerevan sakinlərinin əksəriyyəti azərbaycanlılardan ibarət olduğunu qeyd etmişdir.

S. Nəsirov ermənilərin torpaq iddilarına cavab verərək bildirir ki, ərəb mənbələrində Azərbaycan ərazisi ilə bağlı tədqiqat aparanda açıq aydın görünür ki, bu günkü Azərbaycan ərazisi tarixi torpaqlarımızın on faizini belə əhatə etmir. Misal olaraq böyük coğrafiyaşünas alim İbn əl-Fəqihin əl-Buldan kitabında Azərbaycanın şəhərlərinin bir hissəsinin adlarını oxuya bilərsininiz. Sovet Sosialist Respublikaları İttifaqından öncə Azərbaycan ərazisi 113.9 min km2 olub və indi isə 86.6 min kv2 dir. Hər iki xəritəni müqayisə edəndə, Azərbaycan xalqına qarşı edilən işğalçılıq siyasətinin nəticələrini göründüyünü qeyd etmişdir.

O, Ermənistan ordusunun Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə attığı balistik roketləri səbəbindən onlarla günahsız insanların yaralanıb və vəfat etdiklərini də qeyd etmişdir.

Azərbaycan tərəfinin "müzdlulardan istifadə etdiyi" iddiaya diaspora sədri belə cavab vermişdir. Azərbaycan əhalisinin sayı Ermənistan əhalisinin sayından üç dəfə çoxdur. Bu gün bütün azərbaycanlıların illərdən bəri gözlədiyi, torpaqları düşmən taptağı altından təmizləmək üçün aparılan şərəfli müharibədə iştirak etməyini həsrətlə gözlədiyi gündür.

Bütün azərbaycanlılar bu şərəfə nail olmaq üçün əlindən gələni edirlər. Hələ də dövlətimizin buna ehtiyacı olmadığı üçün qismən səfərbərlik elan etmişdir. Ermənistan və onun havadarları isə müzdluları ermənilər tərəfində döyüşlərə cəlb etmək üçün bu şayəni ortaya atmışdır. Biz açıq aşkar şəkildə sosial çəbəkələrdə ermənilər tərəfində döyüşən orta şərqdən olan müzdluların vidolarını dəfələrlə görmüşük.

S.Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. İşğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.

Diaspora sədri qeyd edib ki, Azərbaycan mültikultural və tolerant bir ölkədir, orada müxtəlif xalqlar yaşayır, ermənilərdə başqa xalqlar kimi Azərbaycanda əminəmanlıqla yaşayıblar və yaşaya bilərlər və onların Bakının mərkəzində kilsələri toxunulmaz şəkildə qalır. Amma ermənilər isə Qarabağda bizim məscidlərimizi təhqir edərək orada donuz saxlayırlar.

Sonda jurnalistin bu müharibə nə zaman bitəcək sualına S.Nəsirov belə cavab vermişdir. Azərbaycan xalqı sülh sevər xalqdır və uzun illərdir ki, bu münaqişənin sülh yolu ilə bitməsi üçün əlindən gələni etmişdir. Artıq düşməni, həlledici danışıqlara məcbur etmək üçün əks hücuma başlamışdır. Ermənistan ordusu işğal etmiş torpaqlarımızdan çəkilməyincə bu müharibə bitməz.

https://zatmasr.com/%D8%B1%D8%A6%D9%8A%D8%B3-%D8%AC%D8%A7%D9%84%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%81%D9%8A-%D9%85%D8%B5%D8%B1-%D9%86%D8%A7%D8%AC%D9%88%D8%B1%D9%86%D9%88-%D9%83%D8%A7/?fbclid=IwAR2GC-jX35xmKeKLBFgrIqGmiZUGp3aYhVqQkBMhDXF0Oxpyqrh6sS-n5dI

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər