Sizin Reklam Burada

Makron niyə Paşinyana dəstək olur? – Pərdəarxası

Makron niyə Paşinyana dəstək olur? – PərdəarxasıFransa ilə Ermənistan liderlərini bir-birinə bağlayan səbəblər var. Misal üçün həm Makron, həm də Paşinyanın Soros ilə yaxın əlaqələri mövcuddur. Üstəlik, eyni siyasi dünyagörüşü bölüşürlər. Bu mənada Ermənistan “sevgili” Fransa həmsədr ölkə ola bilməz.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransanın ermənipərəst mövqeyinin pərdəarxası məqamları haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, fransız-erməni münasibətləri köklü tarixə malikdir:

“Bu həm erməni diasporunun tarixən Fransada məskunlaşması, həm də rəsmi Parisin hər zaman regionda bir erməni dövlətinin yaradılmasında maraqlı olması ilə əlaqədardır. Yəni Fransa hər zaman özünü ermənilərin himayədarı olaraq göstərib. Onu da deyim ki, bu təkcə Cənubi Qafqazda deyil, Livan, Suriya, Fələstin kimi ölkələrdə də belədir. Heç təsadüfi deyil ki, qondarma erməni soyqırımı ilə bağlı ilk rəsmi mənbə Fransada dərc olunub.

Fransa Prezidenti Emannuel Makrona gəldikdə isə deyə bilərəm ki, onun Ermənistan Baş naziri Nikol Paşinyanla şəxsi münasibətləri var. Buna görə də Paşinyan hər dəfə ona müraciət edəndə, Makron geri çevirə bilmir”.

Politoloq qeyd edib ki, Ermənistan Rusiya və ABŞ-dan gözlədiyi dəstəyi ala bilmir:

“Fransa isə bu boşluqdan məharətlə istifadə edir. Düzdür, Fransa hər zaman Ermənistana dəstək verib, lakin hazırkı vəziyyətdə şəxsi ambisiyalarını gizlədə bilmir. Fransanın bu gün imkanı olsaydı, Ermənistana silah yardımı belə edərdi. Lakin bu gün bu, imkansızdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər