Sizin Reklam Burada

QHT-lər "Amnesty International"a etiraz etdi

QHT-lər "Amnesty International"a etiraz etdiAzərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər "Amnesty International"ın verdiyi bəyanata etirazı edib.

Avrasiya.net xəbər verir ki, QHT-lərin müraciətində deyilir:

"Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər olaraq dərin narahatlıq və narazılıq hissi ilə Sizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mülki şəxslərin qorunması vacibliyi ilə bağlı verdiyiniz bəyanata etirazımızı bildiririk.

Hüquq müdafiə təşkilatı kimi mülki şəxslərin humanitar hüquq, həmçinin beynəxalq insan hüquqları çərçivəsində qorunmasının vacibliyi ilə bağlı mövqeyiniz təqdirəlayiqdir. Lakin təəssüflər olsun ki, bəyanatınızda qeyri-obyektiv baxış və qərəzlilik hiss olunur.

Belə ki, bəyənatda daha çox məhz Xankəndi və Şuşanın Azərbaycan hərbi qüvvələri tərəfindən bombalandığı barədə məlumat verirsiz lakin, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Xızı və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərini qeyd etmirsiz.

Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistanın raket zərbələri nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb. Bu cür vacib və həssas məsələdə selektiv yanaşma insan hüquqları prizması baxmından qərəzsizlik mövqeyinin tamamilə pozulması deməkdir.

Eyni zamanda düzgün olaraq qeyd edirsiniz ki, Azərbaycan və Ermənistan Klaster silahları barədə Konvensiyanın tərəfləridir. Azərbaycan tərəfi bu konvensiya ilə öhdəlikləri tamlıqla yerinə yetirir. Lakin Ermənistan ordusunun istifadə etdiyi klaster bombaları münaqişə zonasında və ondan aralıda yerləşən kənd və şəhərlərin mülki əhalisinə və infrastrukturuna xeyli zərər vurub. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlara haqq verir. Azərbaycan ordusu öz ərazisində müdafiə olunur və yalnız legitim hərbi obyektləri hədəf seçir. Mülki obyektlərə konvensiyaya uyğun olaraq atəş açılmır.

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər adından Sizə müraciət edir və Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini pisləməyə çağırırıq.

Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir".

Müraciəti imzalayan 9 QHT sədri aşağıdakılardır:

1. Novella Cəfərova – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti

2. Ramil İsgəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

3. Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

4. Arzu Abdullayeva – Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi

5. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi

6. Zəlixə Tahirova – Azərbaycan İnsan Hüquqları Mərkəzi

7. Əvəz Həsənov – “Humanitar Tədqiqatlar” İctimai Birliyi

8. Mirvari Qəhrəmanlı - Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

9. Eldar Zeynalov – Azərbaycan İnsan Hüquqları Mərkəzi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər