Sizin Reklam Burada

Paşinyan ABŞ-da axtarışa çıxıb

Paşinyan ABŞ-da axtarışa çıxıbErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatları qarşısında o qədər çarəsiz qalıb ki, əlacı ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı müxtəlif vəzifəli şəxslərdə axtarmağa başlayıb.

Publika.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, o, Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayna zəng edərək prezidentlə danışmaq istəyini dilə gətirib.

R.Obrayn ona Trampla telefon danışığı təşkil edəcəyini söz versə də, D.Trampın koronavirusa yoluxması bütün planları alt-üst edib.

N.Paşinyan Obraynla telefon danışığı zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib və bu mövzuda ABŞ prezidentindən kömək istəyib. Bundan əlavə, baş nazir Türkiyəyə məxsus ABŞ istehsalı F-16 qırıcılarından münaqişə zonasında istifadə edilməsi və guya onların təyyarələrini vurması barədə uydurma iddiasını yenidən səsləndirib.

Nəşr məqalədə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və 30 ilə yaxındır ki, Ermənistan ordusu tərəfindən işğal altında saxlanıldığını qeyd edib. Həmçinin, Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumları təşkil etdiyi vurğulanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər