Sizin Reklam Burada

Bill Qeyts koronavirus peyvəndinin istehsal tarixini AÇIQLADI

Bill Qeyts koronavirus peyvəndinin istehsal tarixini AÇIQLADIAmerikalı sahibkar, "Microsoft” şirkətinin banisi Bill Qeyts bildirib ki, dünyada koronavirus peyvəndləri 2021-ci ildə istehsal edilə bilər.

Bunu xarici mətbuata istinadən məlumat veririk.

Onun sözlərinə görə, peyvəndləri kasıb ölkələr üçün əlçatan etmək zəruridir.

"Bu peyvəndlər bizə milyonlarla insanın həyatını xilas etməyə imkan verəcək. Onlar həmçinin bizə dünyada COVID-19-u tam məhv etməyə gətirib çıxaracaq plan hazırlamağa imkan yaradacaq", - “Microsoft” şirkətinin banisi qeyd edib.

Bill Qeyts əlavə edib ki, bu hədəflərə nail olmaq üçün peyvəndlərin milyardlarla dozada istehsalını təşkil etmək lazımdır. Bundan başqa, peyvəndlərin alınmasını və dünya üzrə çatdırılması sisteminin hazırlanmasını da maliyyələşdirmək vacibdir.

"Az gəlirli ölkələr inkişaf etmiş dövlətlər kimi eyni alıcılıq qabiliyyətinə malik deyil. Buna görə də onlarda dozaların kifayət qədər olmayacağı riski var", - Bill Qeyts bildirib.

Sahibkar 16 əczaçılıq şirkəti ilə "Bill və Melinda Qeyts" Xeyriyyəçilik Fondu arasında yeni razılaşmanın imzalandığını elan edib.

"Sənəddə şirkətlər peyvəndlərin istehsalını sürətləndirməyi və onların mümkün qədər tez, geniş bölgüsünü təmin etməyi razılaşdırıblar", - Qeyts vurğulayıb.modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər