Sizin Reklam Burada

ABŞ türklərə görə Çinə sanksiya tətbiq edəcək - Qərar verildi

ABŞ türklərə görə Çinə sanksiya tətbiq edəcək - Qərar verildiABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Sincan Uyğur Muxtar Rayonunda məcburi əməyə cəlb etmə sayəsində istehsal olunan məhsulların Birləşmiş Ştatlara idxalının qadağan edilməsinə dair qanun layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasında səsverməyə çıxarılan Uyğurlar haqda "məcburi əməyin qarşısının alınması" qanun layihəsini 406 konqresmen dəstəkləyib, 3 nəfər isə əleyhinə çıxıb.

Qanun layihəsinin Konqresin üst qurumu Senatdan keçməsi lazımdır. Əgər layihə Senatdan keçsə, bu zaman onun təsdiqi və icrası üçün sənəd ABŞ prezidentinin masasına gedəcək.

Prezidentin təsdiqindən sonra faktiki Çinə qarşı növbəti iqtisadi sanksiyanın icrasına start veriləcək.

Qeyd edək ki, dünya mediasında yayılan məlumatlara görə, Çin dövləti Sincan Uyğur Muxtar Rayonunda qurduğu düşərgələrdə uyğur türklərini zorla məcburi əməyə cəlb edir.

Rəsmi Pekin isə iddia edir ki, qurduğu düşərgələrdə insanlara peşə təhsili verir və burada təcrübə toplayanlar sonradan müəyyən işlərə cəlb edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər