23 sen 10:35dunya

Türkiyə S-400-lərini bu mövqelərə yerləşdirəcək - Yunanıstana qarşı...

Türkiyə S-400-lərini bu mövqelərə yerləşdirəcək - Yunanıstana qarşı...Şərqi Aralıq dənizində Yunanıstanla davam edən gərginlik fonunda Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini hansı bölgələrdə quraşdıracağı maraq dairəsindədir.

Publika.az xəbər verir ki, ehtiyatda olan Hərbi Hava Qüvvələri leytenantı Ərdoğan Qaraquş sistemlərin yerləşdirilə biləcəyi yerləri açıqlayıb.

“Batareyaların sayını 4-ə bölüb 4 müxtəlif nöqtədə yerləşdirə bilərik. Biri Qaz dağlarına, digəri cənubda Kaş, mərkəz bölgələr üçün isə Murad dağı ola bilər. Son batareya Ankaraya yerləşdirilir. Bu anlamda Ankara olduqca əhəmiyyətli yer mövqeyinə gəlib. Ölkənin bütün müdafiə sənayesi Ankaradadır. Bizim ən təhlükəsiz yerimiz “Mürtəd” meydanıdır. Təhdidə ən uzaq yer də oradır. Buna görə də bizə zaman qazandırar. Oranın da yenidən fəaliyyətə keçirilməsi önəmlidir”, - hərbçi bildirib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.