22 sen 18:19dunya

Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub

Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunubQahirə Universitetinin təşkil etdiyi "Şərq dilləri arasında qarşılıqlı tədqiqatlar" adlı beynəlxalq elmi konfransa təqdim olunmuş elmi məqalələr kitab şəklində çap olundu.

Avrasiya.net xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən professorların təqdim etdiyi məqalələr arasında, Misirdə Azərbaycan diasporunun sədri tədqiqatçı-alim Seymur Nəsirovun "Ərəb dilinin yayılmasında Azərbaycan tövhələri" sərlövhəli elmi məqalə də yer almışdır.

Tədqiqatçı məqalədə ərəb dilinin inkişafında əvəzsiz xidmətləri olmuş azərbaycanlı alimlərdən geniş söhbət açmışdır.

Ərəblərin azərbaycanlılar haqqında söylədikləri təriflərdən yazan tədqiqatçı, böyük mötəbər alim Əbu Tahir əl- Siləfi və dahi şair əl- Buhturinin Azərbaycanı mədh edən şeirlərini də qeyd etmişdir.

Əsərlərini ərəb dilində yazmış yüzlərlə azərbaycanlı alim və ədəbiyyatşünasların olduğunu qeyd edən S. Nəsirov, orta əsrlərdə yaşamış Azərbaycanlı şair Saib bin Fərruxdan xüsusilə geniş bəhs etmişdir.

S. Nəsirov məqalədə, Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açarkən, azərbaycanlıların Misirin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirmişdir. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizə köçdüyünü qeyd etmişdir.
Tədqiqatçı Azərbaycan dili ilə Ərəb dili arasında bağlılıqlardan bəhs edərkən, dilimizdə çoxlu sayda ərəb mənşəli sözlərin olduğunu bildirərək nümünələr də göstərmişdir.
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.