22 sen 07:01dunya

Virusdan ölənlərin sayı 959 mini ötdü - ÜST

Virusdan ölənlərin sayı 959 mini ötdü - ÜSTDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 272 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Sentyabrın 21-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 272 585 nəfər koronavirusa yoluxub, 4 698 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 30 949 804, ölənlərin isə 959 116 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.