21 sen 08:25dunya

Rusiyadan gələn mallarda koronavirus tapıldı

Rusiyadan gələn mallarda koronavirus tapıldıÇinin Rusiyadan idxal etdiyi dəniz məhsullarının qablaşdırmasında koronavirus tapılıb.

Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Belə ki, Çzilin əyalətinin Çançun şəhərində adi qaydada yoxlanış keçirilən zaman qablaşdırmada COVİD-19 virusu aşkarlanıb.

Bundan sonra Çançunun tibb orqanları həmin mallarla təmasda olan bütün şəxsləri karantin altına alaraq COVİD-19 nümunələri götürüb. Testlərin nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, bundan öncə Çinin Ekvadordan idxal etdiyi dondurulmuş məhsullarda da COVİD-19 virusu tapılmışdı.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.