20 sen 10:00dunya

ABŞ bu gecədən bizə qarşı hərəkətə keçdi - Zərif

ABŞ bu gecədən bizə qarşı hərəkətə keçdi - ZərifVaşinqton bu gecədən etibarən İrana qarşı tətbiq edəcəyi sanksiyalarla bağlı təbliğat aparır.

Axar.az xəbər veri ki, bu açıqlama ilə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

ABŞ-ın İrana qarşı beynəlxalq ictimai rəydə bir konsensus təmin edə bilmədiyini deyən Zərif Vaşinqtonun bu səbəbdən də Mübahisələrin Həlli Mexanizmindən istifadə edərək Tehrana təzyiq etməyə çalışdığını söyləyib:

“ABŞ İrana silah satanlara sanksiya tətbiq edəcəyini söylədi. BMT TŞ ABŞ-ın qərarını təsdiqləməyib. Başqa ölkələr də onunla əməkdaşlıq etməyəcək. Vaşinqton adət etdiyi kimi yenidən zorakılığa əl ata bilər, ancaq biz başqa dövlətləri bizimlə birgə hərəkət etməyə məcbur edə bilmərik. Beynəlxalq ictimaiyyət bu zorakılığa necə reaksiya göstərəcəyinə qərar verməlidir".
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.