Maduro açıqladı: ABŞ casusunu ələ keçirdik
Dərc olunub:
12-09-2020, 10:47
Venesuela təhlükəsizlik qüvvələri daha bir amerikalı casusu saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib.
“Falkon şəhərində “Amuay” və “Kardon” neft emalı zavodlarında casusluq edən ABŞ vətəndaşı saxlanılıb. Tutulan şəxs ABŞ Kəşfiyyat İdarəsinin İraqdakı bazasının əməkdaşı olub. O, saxlanılan zamanı üzərindən odlu silah və müəyyən miqdarda pul çıxıb.
Faktla bağlı prokurorluq orqanlarında araşdırma başladılıb. Biz də prosesi yaxından izləyəcəyik”, - prezident bildirib.