05 sen 13:27dunya

Makron Livana yeni işğalçı olaraq gəlib - Şeyx

Makron Livana yeni işğalçı olaraq gəlib - ŞeyxFransa Prezidenti Emmanuel Makron Livana yeni işğalçı olaraq gəlib.

Axar.az xəbər verir ki, bunu Livanın Hizbullah təşkilatının ilk lideri Şeyx Sübhi Tüfeyli deyib.

“Makronun Beyrut limanındakı hadisədən sonra Livanı 2 dəfə ziyarət etməsinin arxasında məkrli plan mövcuddur. Fransanı xristianlar, İranı isə şiələr üçün mərhəmətli ölkə kimi görənlər səhv edir. Livandakı bütün siyasi qruplar Makrona boyun əydi. Əgər ölkədə sosial, iqtisadi və təhlükəsizlik sahələrini məhv edən fəlakət olduğunu düşünərək buna müraciət edirsinizsə, bu məhvə səbəb olanlar sizsiniz. Birinci Dünya müharibəsindən sonra fransız general Anri Quro ölkələri işğal etmək üçün gəlmişdisə, indi də Makron eyni düşüncə ilə yeni işğalçı kimi gəlir”, - Şeyx bildirib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.