Sizin Reklam Burada

ABŞ yerini bu ölkəyə verir: Türkiyə etiraz edəcək

ABŞ yerini bu ölkəyə verir: Türkiyə etiraz edəcəkABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq turnesi öz bəhrəsini verməkdədir. Səudiyyə Ərəbistanının hərbçilərini İraqdan Suriyanın Hasekə vilayətində yerləşən ABŞ ordusunun tərkibinə dislokasiya etməsi bunun bariz nümunəsidir. ABŞ Suriyadan hərbçilərini çıxarsa da, əvəzində müttəfiqlərini yerləşdirir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Səudiyyə Ərəbistanının hərbçilərini İraqdan Suriyanın Hasekə vilayətində yerləşən ABŞ ordusunun tərkibinə dislokasiya etməsini şərh edərkən deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərindəndir:

“Bu müttəfiqlik müxtəlif vaxtlarda özünü göstərir. Son zamanlar biz bu iki ölkənin regionda hərbi müstəvidə fəallığının şahidi oluruq. Pompeonun Yaxın Şərq turnesinin digər məqsədi də rəsmi Vaşinqtonun regiondakı müttəfiqləri ilə hərbi əlaqələrini gücləndirməsi idi. Pompeonun bu səfəri zamanı region ölkələrinin Suriyada davam edən vətəndaş müharibəsinin nizama salınmasında ABŞ-a dəstəyini artırması barədə danışıqlar aparacağı gözlənilirdi. Çünki hazırda ABŞ-ın Suriyada hərbi kontingenti azalıb. Bununla belə, rəsmi Vaşinqtonun Suriyadakı mövqelərini qorumaq üçün regiondakı müttəfiqlərindən dəstək alacağı gözlənilir”.

Politoloq deyib ki, Səudiyyə Ərəbistanının öz hərbçilərini İraqdan Suriyaya dislokasiya etməsi Türkiyə və Rusiyanın narazılığına səbəb ola bilər:

“Bir müddət öncə Suriyada ABŞ və Rusiya hərbçiləri arasında yaşanan gərginlik mətbuatda fərqli təqdim edilsə də, faktiki olaraq lokal qarşıdurma idi. Rəsmi Vaşinqton Suriyadakı mövqelərini itirmək istəmir. Lakin mövcud hərbi kontingenti mövqelərini qorumağa imkan vermir. Buna görə də Səudiyyə Ərəbistanının İraqda yerləşən hərbçiləri Suriyaya dislokasiya edildi. Lakin bu, Rusiyadan əlavə, Türkiyənin də narazılığına səbəb olacaq. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında bir çox mövzularda fikir ayrılığı var. Mövcud vəziyyətdə Səudiyyənin öz hərbçilərini Türkiyə sərhədinə yaxın bir əraziyə gətirməsinə rəsmi Ankara razı ola bilməz”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər