Sizin Reklam Burada

ABŞ uyğurlara qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşır

ABŞ uyğurlara qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşırABŞ prezidenti Donald Trumpın administrasiyası Çindəki uyğur müsəlmanlarına edilən repressiyaları "soyqırımı" adlandırmağı müzakirəyə qoyub.

“Report” “Politico”ya istinadən xəbər verir ki, istifadə olunan terminlərlə bağlı məsələ hazırda Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Təhlükəsizlik Şurasının işçi qruplarında müzakirə olunur.

Məlumata görə, Vaşinqtonun Pekini həmçinin bəşəriyyətə qarşı cinayətlərdə və ya etnik təmizləmədə ittiham edə biləcəyi variantı da nəzərdən keçirilir.

Xatırladaq ki, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlayıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.

Rəsmi Pekin uyğurların türk əsilliyini şübhə altına qoymaq üçün aktiv təbliğat aparır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər