Sizin Reklam Burada

Çin İran məsələsində ABŞ-a güzəştə getməyəcək

Çin İran məsələsində ABŞ-a güzəştə getməyəcəkABŞ-ın Pekin və Moskvaya qarşı sanksiyalar tətbiq edəcəyi təhdidlərinə baxmayaraq, Çin İran məsələsində Vaşinqtona güzəştə getməyəcyini bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ÇXR-nın Xarici İşlər naziri Van İ bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İranla bağlı mövqeyi əsassızdır, Tehrana qarşı sanksiyalara riayət etməkdən boyun qaçıran ölkələrə qarşı sanksiyaların tətbiq ediləcəyi təhdidləri isə təxribatdır.

Van İ Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxdığını xatırladaraq, bununla da ABŞ-ın “məhdudiyyətlərin sürətli bərpası” mexanizmini işə salmaq kimi hüququnu itirdiyini qeyd edib. Çinli diplomat, həmçinin ABŞ-ın öz hərəkətləri ilə dünya ictimaiyyətində narazılıq yaratdığını və ona olan etimadı itirdiyini deyib. Van İ Pekinin İranla “nüvə sazişinin” saxlanılması tərəfdarı olduğunu və mövqeyini dəyişməyəcəyini bildirib.

Avqustun 20-də ABŞ-ın Dövlət katibi Mayk Pompeo BMT-nin Təhlükəsizlik Şurasını Vaşinqotonun İrana qarşı sanksiyaları yenidən bərpa edəcəyi ilə bağlı xəbərdarlıq edib. Amerika tərəfi İrana qarşı silah embarqosu və uranın zənginləşdirilməsi qadağasını tətbiq etmək istəyir. Pompeo TŞ-nın dəstəyinə və beynəlxalq məhdudiyyətlərin 30 gündən sonra bərpasına ümid etdiyini dilə gətirib.

Artıq Rusiya, Almaniya, Fransa və Böyük Britaniya İrana qarşı sanksiyaların əleyhinə olduqlarını bəyan ediblər. İranın təşkilatdakı daimi nümayəndəsi Məcid Taxt-Rəvançi isə heç bir sanksiyanın tətbiq edilməyəcəyinə inandığını deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər