Sizin Reklam Burada

BƏƏ koronavirusa qarşı uğurlu mübarizə aparır

BƏƏ koronavirusa qarşı uğurlu mübarizə aparırBirləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 461 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 65,802 -ə çatdığını və ümumilikdə avqustun 20-nə 58,153 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 369-a çatdığını bildirib.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, ölkənin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Zati-aliləri Şeyx Məhəmməd Bin Raşid Al Maktum ölkənin keyfiyyətcə yüksək sıçrayışlı tərəqqisini hədəfləyən 50 illik iqtisadi planını nəzərdən keçirib.

Plan özündə 5 prinsipi ehtiva edir: vahid inteqrasiya olunmuş iqtisadiyyatın yaradılması, sahibkarlığın, o cümlədən kiçik və orta iqtisadiyyatın inkişaf etdirilməsi, turizm və birbaşa xarici investisiyanın qurulması, ixracın ikiqat artırılıması, istedad cəlbi və qorunması.

BƏƏ hava yollarında sərnişin tutumu hazırda 40-50 % və ya daha yüksəkdir, belə ki, avia şirkətlər öz şəbəkələrində daha çox uçuşları bərpa etmək istəyirlər. BƏƏ-nin ölkəyə qayıdan sakinlərdən Şəxsiyyət və Vətəndaşlıq Federal Təşkilatı tərəfindən təsdiqin daha tələb olunmadığını elan etməsindən sonra rezervasiya sorğuları kəskin şəkildə artdı. Üstəlik, 7 iyul tarixindən Dubay əcnəbi qonaqları qəbul etməyin üstünlüklərini də görməyə başlamışdır.
BƏƏ Emirati APEX Milli İnvestisiya şirkəti ilə İsrailin Tera Qrupu arasında koronavirus pandemiyası, o cümlədən sınaq cihazı ilə əlaqəli tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün "strateji ticarət müqaviləsi" nin imzalandığını açıqlamışdır.

BƏƏ tibb işçilərinə kömək etmək üçün 14 Sakit okean adası ölkələrinə, o cümlədən: Fici, Kiribati, Marshall adaları, Nauru, Papua Yeni Qvineya, Samoa, Solomon Adaları, Tonga, Tuvalu, Vanuatu, Mikroneziya Federativ Dövlətləri, Palau, Kuk Adaları və Niue –ya 13 metrik ton tibbi ləvazimat və sınaq dəstləri göndərib.

Zati-aliləri Al Maktum ölkənin COVID-19 pandemiyası ilə mübarizədəki səylərini dəstəkləmək üçün Sudana təcili humanitar yardım göndərilməsini əmr etmişdir: 14 ton tibbi ləvazimat və 20 ton qida təchizatı, Dubaydakı Beynəlxalq Humanitar şəhərindən göndərilmişdi.

BƏƏ Livana on milyonlarla dirhəm dəyərində yardım göndərdi: Prezident Şeyx Xəlifə Livana Covid-19-la mübarizə üçün 12 metrik ton qoruyucu vasitə bağışlamışdır. Bu avadanlıq Livandakı 10 mindən çox tibb işçisinə yardım edəcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər