Sizin Reklam Burada

Baş nazir: Vergi sistemi qüsursuz, problemsiz və anonim olmağı hədəfləyir

Baş nazir: Vergi sistemi qüsursuz, problemsiz və anonim olmağı hədəfləyirBaş nazir Şri Narendra Modi bu gün video konfrans vasitəsilə "Şəffaf vergi – dürüstlərə hörmət göstərmək" platformasını istifadəyə verdi.

Hindistan səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda bildirilir ki, bu münasibətlə çıxış edən Baş nazir ölkədə aparılan struktur islahatların bu gün yeni zirvələrə çatdığını söylədi. Baş nazir bildirdi ki, 21-ci əsrin vergi sisteminin tələblərinə cavab vermək üçün “Şəffaf vergi - dürüstlərə hörmət göstərmək" platforması istifadəyə verildi. O əlavə olaraq qeyd etdi ki, platforma anonim qiymətləndirmə, anonim müraciət və Vergi Ödəyiciləri Bəyannaməsi kimi mühüm islahatlar aparır.

O bildirdi ki, anonim qiymətləndirmə və Vergi Ödəyicilərinin Bəyannaməsi bu gündən etibarən qüvvəyə minib, ancaq anonim müraciət Deen Dayal Upadhyayanın ildönümü günü - 25 sentyabr tarixindən etibarən ölkə vətəndaşları üçün mümkün olacaq. Yeni platformanın əsas məqsədi anonim olmaqdan əlavə, vergi ödəyicisinin inamını artırmaq və onu cəsarətləndirməkdir.

Baş nazir, son altı ildə Hökumətin diqqət mərkəzində ‘bank hesabı olmayan insanlara bank hesabı açmaq, təminatsızlara təminat vermək, vəsaiti olmayanları maliyyələşdirmək’ olduğunu və ‘dürüstlərə hörmət göstərmək" platformasının da eyni istiqamətdə aparıldığını bildirdi.
Baş nazir dürüst vergi ödəyicilərinin dövlət quruculuğunda oynadığı rolu yüksək qiymətləndirdi və bu vergi ödəyicilərinin həyatını asanlaşdırmağın hökumətin öhdəliyi olduğunu bildirdi. Baş nazir qeyd etdi ki, ölkənin dürüst vergi ödəyicisinin həyatı asanlaşdıqda, o irəliləyir və inkişaf edir, nəticə etibarilə sonra ölkə də həmçinin inkişaf edir və irəliləyir.

Baş nazir bu gün istifadəyə verilən yeni qurğuların Hökümətin minimum idarəçiliklə maksimum idarəetməni təmin etmək qərarının bir hissəsi olduğunu söylədi. O qeyd etdi ki, hər bir qanun və siyasət güc və səlahiyyət yönümlü yox, insanların və cəmiyyətin xeyrinə istiqamətlənməsi məqsədini daşıyır. Baş nazir eyni zamanda yeni idarəetmə modelinin yaxşı nəticə verdiyini vurğuladı.

Baş nazir bildirdi ki, bütün işləri icra etmək öhdəliyinin prioritet məsələ olduğu bir mühit yaradıldılır. Bu, məcburiyyət və cəzalandırılma qorxusu səbəbindən deyil, qəbul edilən vahid yanaşmanı dərk etmək nəticəsində yaranır. Onun sözlərinə görə, Hökümət tərəfindən həyata keçirilən islahatlar hissə-hissə deyil, nəticələrin vahid yanaşma ilə verilməsinə yönəlib.

Baş nazir bildirdi ki, ölkənin vergi strukturu köklü islahatlara ehtiyac duyur, çünki əvvəlki vergi strukturu müstəqillikdən əvvəlki dövrlərdə yaradılan struktura nəzərən inkişaf etdirilmişdir. Müstəqillikdən sonrakı dövrdə edilən bir sıra dəyişikliklər bu sistemin əsas xüsusiyyətlərini dəyişdirə bilmədi.
Baş nazir əlavə olaraq qeyd etdi ki, əvvəlki sistemin mürəkkəbliyi uyğunlaşdırmanı çətinləşdirir.

O, sadələşdirilmiş qanun və prosedurların asanlıqla yerinə yetirildiyini söylədi. Belə nümunələrdən biri onlarla vergini əvəz edən mal və xidmətlər vergidir (GST).
Baş nazir bildirir ki, sonuncu dəfə qəbul edilən qanunlar vergi sistemində hüquqi yükü azaldıb, hazırda Ştat Ali Məhkəməsində işlərə baxma limiti 10 milyon rupi, Ali Məhkəmədə isə 20 milyona qədər müəyyən edilmişdir. 'Vivaad Se Vişvas' layihəsi kimi təşəbbüslər, işlərin əksəriyyətinin məhkəmə xaricində həll olunmasına köməklik göstərmişdir.

Baş nazir qeyd etdi ki, davam etməkdə olan islahatların bir hissəsi kimi vergi bölgülərinin səmərəliyi artırılılmışdır və beləliklə 5 yüz min rupi gəlirə qədər sıfır vergi tutulur. Digər bölgülərdə də həmçinin vergi dərəcəsi azaldılmışdır. O bildirir ki, Hindistan dünyada ən aşağı korporativ vergi alan ölkələrdən biridir.
Baş nazir, davam edən islahatların vergi sistemini qüsursuz, problemsiz və anonim etməyi hədəflədiyini bildirdi. O qeyd etdi ki, qüsursuz sistem vergi ödəyicisinin işlərini çətinləşdirmir, əksinə onun problemini həll etmək üçün fəaliyyət göstərir. Texnologiyadan qaydalara qədər hər şey sadə və problemsiz olmalıdır. Anonim sistemə istinadən Baş nazir bildirdi ki, araşdırma, bildiriş, anket və ya qiymətləndirmə ilə bağlı bütün məsələlərdə vergi ödəyicisi ilə gəlir vergisi məmuru arasında birbaşa əlaqənin olmasına ehtiyac yoxdur.

Vergi ödəyicilərinin Bəyannaməsinin təqdim olunmasından bəhs edən Baş nazir qeyd etdi ki, bu əhəmiyyətli addım ilə vergi ödəyicisində ədalətli, nəzakətli və məntiqli davranışa inam yaradılır. O bildirdi ki, Bəyannamə vergi ödəyicisinin ləyaqət və həssaslığının qayğısına qalacaq. Etibarlılığa əsaslanan Bəyannaməyə görə, ödənilməsi müəyyənləşdirilən vergi, hər hansı bir əsas olmadan qəbul edilə bilməz.

İşlərin araşdırılmasının son altı ildə ən azı dörd dəfə, 2012-2013-cü illərdə 0.94% -dən 2018-2019-cu illərdə 0.26% -ə endirilməsindən bəhs edən Baş nazir bildirdi ki, bu, Hökumətin geri dönənlərə verdiyi etimadın bir təzahürüdür. Onun sözlərinə əsasən, Hindistan son 6 ildə vergi inzibatçılığında inkişaf edən yeni idarəetmə modelinin şahidi olur. O qeyd etdi ki, bütün bu səylər zamanı son 6-7 il ərzində gəlir vergisini təqdim edənlərin sayı təxminən 25 milyon artmışdır.

Bununla yanaşı Baş nazir vurğulayır ki, 1,3 milyard əhalisi olan ölkədə yalnız 15 milyon adamın vergi ödədiyini inkar etmək olmaz. Şri Modi insanları özlərini təhlil etməyə və ödəməli olduqları gəlir vergisini ödəməyə təşviq edir.

Baş nazir, bunun AtmaNirbharBharat'ın- özünə güvənən Hindistanın qurulmasına köməklik göstərəcəyini bildirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər