Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ÖTDÜ
Dərc olunub:
11-08-2020, 09:02
Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 20 milyonu keçib.
Avrasiya.net-in məlumatına görə, bunu ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesablamalar göstərib.
Məlumata əsasən, hazırda yoluxanların sayı 20 001 019 nəfər təşkil edir, 733 103 nəfər ölüb, 12 209 074 isə sağalıb. Yoluxma hallarının çoxu ABŞ-da (5 799 441) qeydə alınıb.
Bunun ardınca Braziliya (3 035 422) və Hindistan (2 215 074) gəlir.