10 avq 17:17dunya

Baş nazir: Andaman və Nikobar adaları beynəlxalq dəniz ticarətində əsas liman mərkəzi olacaq

Baş nazir: Andaman və Nikobar adaları beynəlxalq dəniz ticarətində əsas liman mərkəzi olacaqBaş nazir Şri Narendra Modi, bu gün video konfrans vasitəsilə Andaman və Nikobar adalarını materiklə birləşdirən sualtı Fiber Optik Kabelini (OFC) xalqa xidmət üçün təqdim etdi. Bu layihənin təməl daşı 30 dekabr 2018-ci il tarixində Port Blairdə Baş nazir tərəfindən qoyulmuşdur.

Hindistan Səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Baş nazir Şri Narendra Modi bağlantının adalarda sonsuz sayda imkanlar yaradacağını bildirdi. O, uzunluğu 2300 km olan sualtı kabelinin çəkilməsinin və müəyyən olunan hədəfdən əvvəl tamamlamasının çox təqdirəlayiq olduğunu qeyd etdi.

Baş nazir bu gün Çennaydan Port Blairə, Port Blairdən Kiçik Andaman və Port Blairdən Svarac adasına qədər adaların böyük bir hissəsində fəaliyyətin başladığını söylədi.

Baş nazir uzunluğu təxminən 2300 kilometri olan dənizaltı kabelin çəkilməsinə heyranlığını bildirdi və qeyd etdi ki, dərin dənizdə araşdırma aparmaq, kabelin keyfiyyətini qoruyub saxlamaq və xüsusi gəmilərlə kabeli çəkmək prosesi asan bir iş deyil. Layihə, həmçinin Korona pandemiyası səbəbiylə yaranmış çətin dövrü, eləcə də yüksək dalğalar, fırtınalar və musson yağışları ilə bağlı yaranan çətinlikləri dəf etməli idi.

Baş nazir Andaman və Nikobar adalarında uzun müddət buna ehtiyac duyulduğunu, lakin yerinə yetirilməsi istiqamətində heç bir addımın atılmadığını bildirdi. Şri Modi bu qədər böyük çətinliklərə baxmayaraq layihəni həyata keçirə bildiyinə görə öz xoşbəxtliyini ifadə etdi.

Baş nazir, Andaman və Nikobar adalarında yaşayan insanlar üçün daha yaxşı və sərfəli bağlantının yaradılmasının ölkə qarşısında olan bir məsuliyyət olduğunu söylədi. O. layihədə iştirak edən hərkəsi təbrik etdi. Şri Modi, sualtı kabelin Andaman və Nikobar adalarının Dehlidən və materikin əsas hissələrindən uzaq olmadığını sübut etmək üçün edilən bir təşəbbüs olduğunu bildirdi.

Hər bir vətəndaşın yaşayışını asanlaşdırmaq

Şri Modi bildirdi ki, Hökumət hər bir vətəndaşın və sektorun daha yaxşı bir yaşayış rahatlığına sahib olması üçün müasir imkanların təmin olunması məsələsində qərarlıdır. O qeyd etdi ki, Andaman və Nikobar adalarını ölkənin qalan hissəsi ilə əlaqələndirən bu Fiber Optik Layihə, Hökumətin yaşayış rahatlığının təmin edilməsində qərarlı olduğuna dair bir nümunədir. O, sərhəd bölgələri və ada ştatları ilə əlaqəli milli təhlükəsizliyin sürətli inkişaf etdirilməsində Hökumətin qərarlı olduğunu vurğuladı.

Rəqəmsal Hindistan vasitəsilə imkanları artırın

Baş nazir sualtı kabelin Andaman və Nikobar adalarının daha sərfəli və daha yaxşı bağlantı ilə təmin edilməsində, həmçinin rəqəmsal Hindistanın, xüsusən onlayn təhsil, tele-tibb, bank sistemi, onlayn ticarət və turizm kimi sahələrin inkişafında köməklik göstərəcəyini söylədi.

Baş nazir Hind Okeanının min illərdir Hindistanın ticarət və strateji bacarığının mərkəzi olduğunu və Andaman və Nikobarın Hindistanın İqtisadi-Strateji Əməkdaşlıq üçün əhəmiyyətli bir mərkəz olduğunu vurğuladı.

O, Hindistanın bütün adalarının Hind-Sakit okeanı bölgəsi üçün yeni ticarət strategiyası çərçivəsində əhəmiyyətli bir rol oynayacağını söylədi.

Şri Modi, "Şərq Aktı" siyasəti çərçivəsində, Hindistanın Şərqi Asiya ölkələri və dənizlə əlaqəli digər ölkələrlə qurduğu güclü əlaqələrində Andaman və Nikobarın rolunun çox yüksək olduğunu və artmaqda davam etdiyini bildirdi.

O, Ada İnkişaf Agentliyinin onun rolunu gücləndirmək üçün 3 il əvvəl yaradıldığını söylədi. İllərlə Andaman və Nikobarda tamamlanmayan layihələrin indi sürətlə tamamlandığını qeyd etdi.

Yüksək təsir gücünə malik layihələr və daha yaxşı quru, hava və su yolları

Baş nazir, Andaman və Nikobara məxsus 12 adada yüksək təsir gücünə malik layihələrinin genişləndirildiyini söylədi. Daha yaxşı internet və mobil bağlantı ilə təmin etməkdən əlavə, yol, hava və su yolu ilə fiziki əlaqəni daha da yaxşılaşdırmaq istiqamətində təşəbbüslərin olduğunu bildirdi.

Baş nazir, Şimali və Orta Andamanın yol bağlantısını yaxşılaşdırmaq üçün iki böyük körpüyə və Milli magistral -4 üzərində görülən işlərə nəzər yetirdi.

Onun sözlərinə görə, Port Blair Hava Limanı 1200 sərnişini olan tutumu idarə etmək üçün genişləndirilir. Bununla yanaşı, hava limanları Diglipur, Car Nikobar və Kampbell körfəzi bölgələrində əməliyyatlara hazırdır.

Şri Modi, Svarac Dvip, Şaheed Dvip və Long adasında sərnişin terminalı ilə yanaşı, Üzən Dok kimi Su Aerodrom İnfrastrukturunun yaxın aylarda hazır olacağını söylədi.

O, adalar və materik arasında su bağlantısını yaxşılaşdırmaq üçün Koçi Gəmiqayırma Zavodunda inşa edilən 4 gəminin tezliklə təhvil veriləcəyini bildirdi.

Limanın rəhbərliyi ilə inkişaf

O, Andaman və Nikobarın dünyanın bir çox limanından uğurlu bir məsafədə yerləşdiyi üçün liman rəhbərliyi altında inkişaf mərkəzi olaraq inkişaf etdiriləcəyini söylədi.

Baş nazir bildirdi ki, daha yaxşı limanlar şəbəkəsi və əlaqələri olan bir ölkə 21-ci əsrdə ticarətə təkan verə biləcək.

O qeyd etdi ki, bu gün Hindistan ‘özünü təminetmə’ şüarı ilə irəlilədiyi və Qlobal Təchizat və Dəyər Zəncirində vacib bir oyunçu kimi özünü isbat etdiyi bir zamanda, Su Yolları və Limanlarımızın şəbəkəsini gücləndirmək çox vacibdir. Şri Modi, Liman İnfrastrukturunun inkişafında üzə çıxan qanuni problemlərin də davamlı olaraq qaldırıldığını söylədi.

Beynəlxalq Dəniz Ticarəti

Baş nazir qeyd etdi ki, Hökumət həmçinin diqqətini dənizdə biznesin asanlaşdırılmasını təşviq etməyə və dəniz logistikasını sadələşdirməyə yönəldib. O, dərin layihəli daxili limanın sürətlə tikilməsi və Böyük Nikobarda təxminən 10 min kror Rupi dəyərində Minik Dəyişdirmə Limanının yaradılması təklifinə nəzər saldı. Şri Modi bunun böyük gəmilərin lövbər salmasına imkan verəcəyini və yeni məşğulluq imkanları ilə birlikdə dəniz ticarətində Hindistanın rolunun artıracağını söylədi.

O, Adanın balıqçılıq, akvakultura və dəniz yosunu əkinçiliyi kimi mavi iqtisadiyyatının Andaman və Nikobarda inkişaf etdirilən müasir infrastrukturla mütənasib olaraq sürətlənəcəyini bildirdi. O, Hökumətin səylərinin Andaman və Nikobara sadəcə yeni obyektlər yox, eyni zamanda Dünya Turizm Xəritəsində önəmli bir yer verməsini arzuladı.
XƏBƏR LENTİ
25-09-2020, 13:56

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.