08 avq 10:00dunya

Təyyarə sərt eniş edib, 20 nəfər ölüb

Təyyarə sərt eniş edib, 20 nəfər ölübHindistanın Kojikode şəhərində (Kerala ştatı) Air India Express sərnişin təyyarəsinin sərt enişi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən bildirib..

Bildirilib ki, təyyarənin komandiri və pilot ölənlər arasında olub. Hadisə nəticəsində 140-dan çox sərnişin yaralanıb, bəziləri ağır yaralanıb.

Bundan əvvəl NDTV kanalı 17 nəfərin ölüm xəbərini vermişdi.

Laynerin göyərtəsində ekipaj üzvləri daxil olmayaraq 184 nəfər (o cümlədən 10 körpə) olub.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.