Sizin Reklam Burada

Türkiyə Fransa sürtüşməsi - Aralıq dənizində müharibə olacaqmı?

Türkiyə Fransa sürtüşməsi - Aralıq dənizində müharibə olacaqmı?Turab Rzayev
Siyasi analitik


Yaxın Şərqdə və Aralıq dənizində Türkiyə əleyhdarlığında bayrağı BƏƏ çəkirdi. Xarici işlər nazirinin Türkiyə əleyhinə danışmadığı həftə nadir olur. Deyilənə görə, Türkiyədə dövlət çevrilişini də dəstəkləmişdilər, 1.5-5 milyarda dollar arası vəsait ayırmışdırlar.

Suriya və Misirdə Türkiyəyə qarşı cəbhədə Səudiyyə Ərəbistanı və BƏƏ döyüşdülər. Qətərin blokadası ideyası, Yəmənə hücum ideyası, İsraillə dostluq ideyası hamısı BƏƏ-dən çıxıb, Səudiyyə və Misir dəstəkləyib. Somalidə, Cibutidə Türkiyə ilə hərbi baza qurmaq uğrunda qızğın müharibə aparır. Deyilənə görə Suriyada Əsəd hökumətinə 3 milyard $ yatirim ediblər.

Suriyada Fransa çox az görünürdü. Amma diqqətimi bir məqam çəkmişdi, İşidin tüğyan etdiyi, PKK-nın müdafiə olunduğu Dəməşqin nəzarətiitirdiyi vaxtda Fransa Suriyanın şimalında çox nəhəng Sement zavodu tikdi (Lafarge şirkəti). Və Fransanın Suriyada olan qalan əsgərləri də oranı qoruyurdu. Həqiqətən də maraqlıdır, dağılan, məhv olan ölkədə sement nəyə lazım idi, bu investisiya nə qədər ağıllı investisiya idi?! Kimə satacaqdılar.

Ərdoğan Amerikanı əsgərlərini vurmaqla təhdid edib, Suriyaya girdikdə bəlli oldu ki, Suriyanın şimalında boydan boya 10 metr dərinliyində, bir neçə metr qalınlıqda betonla örtülmüş tunellər qazılıb. Tunellərdə maşınlar və tanklar belə hərəkət edə bilrə, ağzına qədər silah-sursatla doludur. Maraqlıdır PYD Türkiyə sərhədi boyu bu möhtəşəm istehkamı, necə hansı mühəndis biliyi ilə, hansı texnika və çertyojla tikmişdi?! Kimə qarşı?! Türkiyəyə qarşı Vyetnam döyüşçülərinin yuxusunda görə bilməyəcəyi tunelləri kim niyə qazdırmışdı.

Liviyada Həftərə əsas maddi yardım və hərbi dəstək BƏƏ-dən gəlirdi. Rus "Vaqner" döyüşçülərinin pulunu onlar ödəyir, vurulan rus pançirlərini onlar alıb göndərmişdilər. Türklərin Liviyada vurduğu Pançirlərin operatoru ruslar, sahibi isə BƏƏ-dir. Həftəri havadan və lojistik dəstəklə, digər ləvazimatlarla isə Fransa müdafiə edirdi. Maraqlıdır ki, Fransa BMT-nin tanıdığı hökuməti deyil, NATO üzvü Türkiyənin sahədə, digər NATO üzvü İtaliyanın isə lojistik dəstəklədiyi mərkəzi hökuməti deyil, ərəblərin pulunu verdiyi, Rusiyanın tərəfində döyüşdüyü Həftərə dəstək verirdi.

Ərdoğan Suriyadan sonra ikinci həmləsini etdi. Həm Liviyada sonuncu ərazini-paytaxtı itirməkdə olan hökuməti xilas etdi, hökumətə Həftər üzərində qələbə qazandırdı, həm də Liviya ilə dəniz sərhədi müqaviləsi imzalayaraq, Aralıq dənizində Türkiyəni mühasirəyə almaq planlarını pozdu. Maraqlıdır ki, Türkiyənin təklifi ilə daha çox dəniz sahəsinə nəzarət edəcək olan Livan öz zərərinə Kipr ilə müqavilə imzaladı. Bunun arxasınca Misir yenə öz zərərinə olaraq Türkiyənin təklifini rədd etdi və Yunanıstan ilə müqavilə imzaladı. Bununla da Türkiyəni de yure dənizdə mühasirəyə aldılar.

Bu məqamda Fransa və 2017-ci ildə yunan Kipri ilə imzalanan hərbi əməkdaşlıq müqaviləsi dünən icra etməyə başlayıb.

Əslində Türkiyəyə qarşı yönəlmiş bu müqaviləyə görə Kipr dəniz sahəsi, enerji təhlükəsizliyi və hərbi əməkdaşlıq üzrə ikitərəfli əməkdaşlıq daxil edilib.

Yunan Kipri keçən il hərbi və psixoloji üstünlük əldə etmək məqsədi ilə Rusiyaya ərazisində hərbi baza təklif etdi. Rusiya ola bilsin, maddi imkanlarına görə, ola bilsin də artıq Aralıq dənizinin şərqində 2 hərbi bazası mövcud olduğuna görə bu bazanı açmaqda tələsmədi. Bəlkə Türkiyə qıcıqlandırmaq da istəməyiblər.

Fransa isə çoxdankı arzusuna qovuşmaq üzrədir. Artıq Aralıq dənizinin şərqində təkcə İngiltərənin, Rusiyanın və Amerikanın deyil, həm də Fransanın hərbi bazası olacaq.

Şərqi Aralıq dənizində Türkiyə NAVTEX elan edib, hərbi gəmiləri və qırıcıları növbə çəkir. Əgər Aralıq dənizinin bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmasa, onda Türkiyə deyəsən, ancaq Yunanıstan, Kipr, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Livan və İsrail ilə deyil,eyni zamanda Fransa ilə də müharibəyə hazır olmalıdır.

Digər tərəfdən Fransanın Livandakı hadisələrə münasibətində çox maraqlı detallar görünür. Ola bilsin Livanı da hazırlamağa başlayacaq. Bölgədə hamı hamıya qarşı döyüşür. Necə deyərlər, BELLUM OMNİUM CONTRA OMNES

Beyrutdakı partlama yeni Dünya Ticarət Mərkəzi hadisəsidir...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər