07 avq 07:02dunya

Koronavirusun zəif yeri tapıldı

Koronavirusun zəif yeri tapıldıABŞ-ın Kanzas Dövlət Universitetinin alimləri koronavirusa qarşı bir terapevtik vasitəni uğurla sınaqdan keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə “Science Daily” elmi nəşrinin saytında məlumat verilib.

Məlum olub ki, 3CLpro olaraq bilinən 3C proteaza (proteaza - zülalları parçalayan ferment) SARS-CoV-2-nin inkişafında əsas fermentdir.

Alimlər tapılan proteaza inhibitorlarını MERS koronavirusuna yoluxmuş laboratoriya siçanları üzərində sınaqdan keçiriblər. Nəticədə, yoluxucu xəstəliyin zəif nöqtəsinə yönəlmiş terapevtik vasitə virusun yayılmasını dayandırıb.

Alimlərin fikrincə, dərmanlar dəsti yalnız MERS-in deyil, həm də insanlar arasında geniş yayılmış MERS-CoV və SARS-CoV-2 koronaviruslarının çoxalmasına mane olmağa imkan verir.

Mütəxəssislər dərmanların insanlarda təsirinin sınaqdan keçirilməsinin lazım olduğunu bildiriblər.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.