06 avq 13:00dunya

Cammu və Kəşmirdə səhiyyə təminatı proqramı həyata keçirilir

Cammu və Kəşmirdə səhiyyə təminatı proqramı həyata keçirilirCammu və Kəşmir və Ayushman Bharat Pradhan Mantri-Jan Arogya Yojna (Ümumdünya Səhiyyə Xidməti ilə bağlı məqsədə nail olmaq üçün Hindistan Hökumətinin başlıca təşəbbüs proqramı)

İddialı səhiyyə təminatı proqramı, Cammu və Kəşmir əyalətində 1 Dekabr 2018-ci ildən həyata keçirilməyə başlayaraq, Cammu və Kəşmirdəki (Ladax daxil olmaqla) hər ailəyə 5 lax olmaqla 613 min ailəyə hərtərəfli maddi təminatı təmin etdi ki, bu da SECC-ə görə həmin ştatda ümumi ailələrin 30%-i deməkdir.

AB PM-JAY proqramından əvvəl Cammu və Kəşmirdə buna oxşar heç bir təşəbbüs həyata keçirilməmişdir. Proqram o qədər təsirli oldu ki, Cammu və Kəşmir Hökuməti, AB PM-JAY proqramı ilə əlaqəli şəkildə Cammu və Kəşmir Sağlamlıq Proqramını başlatmağı qərara aldı, bu da AB PM-JAY proqramına bənzər təminatı bütün Cammu və Kəşmir sakinlərinə, o cümlədən Cammu və Kəşmir hökuməti işçiləri / təqaüdçüləri və onların ailələrinə də aid edilməklə genişləndiriləcək.

Çətin topoqrafiyaya, qış aylarında sərt iqlim şəraitinə və vadidə baş verən digər problemlərə baxmayaraq, proqramdan faydalanan şəxslərin dərin maraqları ilə birləşdirilən rəhbərliyin göstərdiyi öhdəlik, Cammu və Kəşmirin proqramının uğurla həyata keçirilməsinə səbəb oldu. Belə ki, proqramın icrasına başlandıqdan ilk 90 gün ərzində 1 milyondan çox e-kart buraxılmışdır. Cammu və Kəşmir, ilk 6 aydan az bir müddətdə hədəf ailələrin 57% -ni əhatə edən e-kartlar buraxdı ki, bu da bir çox digər ştatlarda bir məqsəd kimi elektron kartların hazırlanmasına bir növ nümunə oldu. Qeyd etmək lazımdır ki, hər iki ittifaq ərazisində internet və mobil əlaqə problemlərinə baxmayaraq, buraxılan bütün elektron kartların 81 faizi real zaman müddətində Aadhaar ilə təsdiqlənir.

Təşəbbüs proqamına əsasən, hər iki ittifaq ərazisi üzrə 231 xəstəxana (34 özəl) siyahıya daxil edilmişdir. Bu Məlumat, Təhsil və Kommunikasiya fəaliyyətləri ilə birbaşa əlaqədar olub, proqramın tətbiq və istifadəsini, hər iki ittifaq ərazisinin təqribən təxminən 6.5 milyon ABŞ dolları dəyərində (25.07.2020 tarixində) 85689 xəstəxana qəbulu həyata keçiricək qədər gücləndirildi. Bu, Cammu və Kəşmirdə ştat üzrə hər xəstəxanaya xərclənən illik orta hesabla 120 ABŞ dollarına və dövlət xəstəxanalara 75 ABŞ dolları və və özəl xəstəxanalara isə 570 ABŞ dollarına nisbətdə böyük bir kömək oldu. (75-ci Milli Nümunə Sorğusuna əsasən).

Ənənəvi xəstəxanalar tərəfindən maraq və istismar olduqca həvəsləndirici olmuşdur. Belə ki, ənənəvi dövlət xəstəxanalarının bölgədəki bütün stasionar xidmətlərin 90 faizindən çoxunu təşkil etdiyi halda, Cammu və Kəşmirdə aparılan 85,689 müalicənin 65 faizini təşkil etmişdir. Bu, dövlət xəstəxanalarının imkanları ilə müqayisədə daha çox tələbat olan stasionar xidmətlərə özəl sektorun daxil olmasının güclənməsinə kömək edə bilər. Eyni zamanda, dövlət xəstəxanalarının qazandıqları pul, bütün vətəndaşların faydası üçün infrastruktur və xidmətlərin daha da gücləndirməsinə kömək edəcəkdir. Maraqlıdır ki, hər iki ittifaq ərazisi üçün 6.5 milyon ABŞ dolları istifadə məbləğinin təxminən 60% -i dövlət xəstəxanalarına xərclənmişdir. Rayon Xəstəxanası, Pulvama və Şer-i Kəşmir Tibb Elmləri İnstitutu (SKIMS), Srinaqarare mövcud ehtiyatların səmərəli, təsirli və yenilikçi istifadəsinin hər hansı bir dövlət xəstəxanası tərəfindən göstərilən ümumi xidmətlərə təsirinin gözəl nümunəsidir.

Faydaların ötürülə bilməsi, proqramın bənzərsiz bir xüsusiyyəti olub, proqramdan faydalananlara, ölkə daxilində proqram çərçivəsində siyahıya əlavə edilmiş istənilən xəstəxanada müalicə almağa imkan verir. Bu təsisatdan istifadə edərək, ittifaq ərazilərindən kənar Dehli, Çandigarh, Pəncab, Haryana və digərləri ilə yanaşı Karnataka qədər uzaqda yerləşən xəstəxanalarda da təqribən 864 müalicə aparıldı.

İnternet əlaqəsinin olmadığı və digər məhdudiyyətlərin olduğu zaman belə, AB PM-JAY proqramının həyata keçirilməsinə məsul olan Cammu və Kəşmir Dövlət Səhiyyə Agentliyi, Milli Səhiyyə Təşkilatının dəstəyi ilə Cammu və Kəşmir ittifaq ərazilərində proqramdan faydalananlara müalicəni təmin etmək üçün heç bir problem olmadan, yeni mexanizmlər tətbiq etdilər. Cammu və Kəşmir Yenidənqurma Qanununun qüvvəyə mindiyi gündən başlayaraq ilk 100 gündə AB PM-JAY proqramı çərçivəsində Cammu və Kəşmir ittifaq ərazilərində gündəlik qəbul qanun qəbul edilməzdən əvvəl olan gündəlik qəbuldan daha yüksək idi. Bu, Cammu və Kəşmir xalqının əlverişsiz vəziyyətlərlə qarşılaşdıqda göstərdiyi cəsarət və qətiyyətini əks etdirir.

Proqramının icrası, bütün bölgədə, hətta üsyanlar səbəbiylə Cammu və Kəşmir ittifaq ərazilərində ən çox narahat bölgə sayılan cənubi Kəşmir bölgəsində belə, demək olar ki, eyni olmuşdur. Ağır vəziyyətdə, bu proqramın bir ümid işığı kimi toxunduğu bölgədə proqramdan faydalananların çoxsaylı ürəkaçan hekayələri demək olar ki, ştatın bütün icmaları tərəfindən səmimi qarşılanmasının bir göstəricisidir.

Ümid işığı

Srinaqar, Zakuradan olan 57 yaşında bir xanım - Misra Begum, çox kasıb bir ailədən gəlir. Misra bir neçə il əvvəl həyat yoldaşını itirmiş və hal-hazırda iki oğlu ilə yaşayır. Kiçik oğlu təhsil alır, böyük oğlu isə fəhlə kimi təsadüfi işlərdə işləməklə, aylıq az gəlirlə ailənin yeganə çörək pulu gətirən fərdidir. Misraya uzun müddət əvvəl ürək çatışmazlığı diaqnozu qoyulmuşdu və həkimlər tərəfindən əməliyyat keçirilməsi tövsiyə olunmuşdu, lakin ailəsinin maddi vəziyyətinə və əməliyyat xərcinin yüksək olmasına görə mümkün olmadığından əməliyyat keçirə bilmədi.

Qonşusu AB PM-JAY proqramı barədə ona məlumat verdikdən sonra o dərhal oğlu ilə birlikdə Proqram və onun uyğunluğu barədə məlumat almaq üçün proqramın siyahısına daxil olan ən yaxın xəstəxanaya getdi. Uyğun olduğu yoxlanıldıqdan sonra Pradhan Mantri Arogya Mitra onu təsdiq edərək dərhal e-kartını verdi.

Elektron kartın verilməsindən sonra Misra, Srinaqardakı nüfuzlu özəl xəstəxanada ürək narahatçılığı ilə bağlı əməliyyat keçirmək üçün qəbul edildi. Misra üzərində əməliyyat ikikameralı kardiostimulyator yerləşdirməklə uğurla həyata keçirildi. AB PM-JAY təşəbbüs proqramı ilə Hökümət tərəfindən aparılan əməliyyat və müalicənin ümumi dəyəri 65 00 rupiyə yaxın idi və Misra Begum və ailəsi özləri bu məbləği ödəyə bilməzdilər.

Ayushman Bharat Pradhan Mantri Jan Arogya Yojana təşəbbüsü Cammu və Kəşmirdə eləcə də Ladaxda insanlarının həyatına parlaq işıq olaraq daxil olaraq, səhiyyə xərclərinə tələb olunan yüksək maddi təminatın təmin olunmasına şərait yaratdı.

Cammu və Kəşmir Dövlət Səhiyyə Agentliyinin səyləri geniş qiymətləndirilərək AB PM-JAY proqramı çərçivəsində həyata keçirilmiş ən yaxşı tətbiqetmə modellərindən biri kimi geniş şəkildə dəyərləndirilərkən, komandanın Cammu və Kəşmir Səhiyyə Proqramının (AB PM-JAY ilə yaxınlaşma ilə) müvəffəqiyyətlə həyata keçirilməsi üçün böyük səy göstərəcəklərini əminliklə söyləmək olar.

(Müəllifi: (SKIMS) Şer-i Kəşmir Tibb Elmləri İnstitutunun direktoru)

[email protected]
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.