06 avq 12:32dunya

Beyrut partlayışının sirli məqamları: Yeni oyun başladı

Beyrut partlayışının sirli məqamları: Yeni oyun başladıLivanın paytaxtı Beyrutda baş verən partlayış pirotexniki maddədən və ya səhlənkarlıqdan baş verməyib. Bu ölkədə kifayət qədər silahlı qruplar var və uzun illər bir-birlərilə mübarizə aparıblar. Onlar sonradan bu mübarizəni sivil formaya – parlament divarları arasına keçirməyə çalışsalar da, müxtəlif məzhəblər arasındakı ixtilaflar bu gün də qalmaqdadır. Bunun üstünə bölgənin müxtəlif dövlətlərinin Livanda kəsişən maraqlarını da əlavə etmək lazımdır. Ona görə Beyrutdakı partlayışı istənilən qruplaşma həyata keçirə bilərdi, lakin məsuliyyəti İŞİD üzərinə götürdü.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın pərdəarxası məqamları haqda danışarkən deyib.

O bildirib ki, İŞİD-in Livanda ortaya çıxmasını heç kəs gözləmirdi:

“Qərb mediası bir müddətdir İŞİD-in yenidən sıralarını gücləndirdiyi və ortaya çıxacağı yönündə iddialar səsləndirirdi. Hətta Liviyada gedən vətəndaş müharibəsində İŞİD qüvvələrinin də iştirak etməsi, silsilə partlayışlar həyata keçirməsi bu iddiaları təsdiqləyirdi. Lakin istənilən halda Livanda belə bir hadisənin baş verməsi və İŞİD-in məsuliyyəti öz üzərinə götürməsi gözlənilməz oldu”.

Ekspertin sözlərinə görə, Livanda baş verən güclü partlayışın “əks-sədası” İraqdan gəldi:

“Livandakı partlayışla paralel İraqın ABŞ-dakı səfirliyinə də silahlı hücum edildi. Bu hücumu da İŞİD-in öz üzərinə götürməsi regionda yeni və təhlükəli bir siyasi oyunun başlamasının xəbərçisidir. Düşünürəm ki, xüsusilə Beyrutda belə bir partlayışın həyata keçirilməsi regionda ilk növbədə İranın təsirini azaltmağa yönəlib. Məsələ ondadır ki, Livan deyilənda İranın maliyyələşdirdiyi Hizbullah yada düşür. Hizbullahın Livanda nüfuzu və təsiri çoxdur. Hətta partlayışdan bir neçə gün öncə İsrail Livanda Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verdi. Bütün bu proseslər regionda İranın mövqelərinin ciddi şəkildə zəifləyəcəyindən xəbər verir”.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.