Netanyahudan Beyrutdakı partlayışla bağlı təlimat
Dərc olunub:
5-08-2020, 07:20
İsrail Baş naziri Benyamin Netanyahu Livanın paytaxtı Beyrutda baş verən partlayışla bağlı Milli Təhlükəsizlik Şurasının baş katibi Meir Ben-Şabata təlimat verib.
Axar.az xəbər verir ki, Livana hansı formada yardım göstəriləcəyi ilə bağlı Netanyahu baş katibə BMT nümayəndəsi ilə məsləhətləşməyi tapşırıb.
Qeyd edək ki, bundan öncə Netanyahu Livana tibbi yardımın edilməsi üçün qərar imzalayıb.