Trampdan şok: Bu, dəhşətli hücumdur, hansısa bomba...
Dərc olunub:
5-08-2020, 07:18
Bu, dəhşətli hücum idi.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Beyrutda baş verən güclü partlayışla bağlı deyib.
O bildirib ki, çoxlu insan həlak olub, yüzlərlə yaralı var:
“Biz qurbanlar üçün dua edirik. ABŞ Livana yardım etməyə hazırdır”.
Tramp Livanın rəsmi versiyasının əleyhinə olaraq bunu hücum adlandırmasına da aydınlıq gətirib:
"Mən bir neçə məşhur generalla bu barədə danışdım. Onlar da Beyrutdakı partlayışı hücum hesab edir. Bu hansısa bombadır"