Sizin Reklam Burada

Ermənistanın İraqdakı səfirinin yalanları ifşa olundu

Ermənistanın İraqdakı səfirinin yalanları ifşa olunduErmənilərin İraqdakı təxribatının qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.

İyulun 18-də Azərbaycanın səfirliyi tərəfindən İraqın kütləvi informasiya vasitələrinə (KİV) Ermənistanın iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təcavüz cəhdi barədə sübutlara əsaslanmış məlumat təqdim olunub.

İyulun 19-da isə Ermənistanın İraqdakı səfiri tərəfindən “Azzaman” sayt və qəzetində heç bir məntiqə əsaslanmayan, yanlış fikirlərdən ibarət məqalə dərc edilib. Buna cavab olaraq Azərbaycanın İraqdakı səfirliyi bir neçə KİV-də sübutlara əsaslanan bəzi real məqamları bir daha İraq xalqının diqqətinə çatdırıb. İraqın “alrased.news”, “iraqi-lens”, “sowt-raf.blogspot.com, sindibadnews.com, ashourland.net və nilemessage.blogspot.com internet resursları Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun təqdim etdiyi materiallara əsasən “Ermənilərə layiqli cavab verildi” başlıqlı məqalə dərc olunub.

Məqalədə bildirilib ki, iyulun 12-də Ermənistanın silahlı birləşmələri iri çaplı silahlardan və artilleriyadan istifadə etməklə Azərbaycan ordusunun mövqelərinə hücum edib. Lakin düşmənə layiqli cavab verilib. Ermənilərin bir neçə gün davam hərbi təxribatları zamanı Azərbaycanın dinc əhalisini atəşə tutması nəticəsində hərbiçilərimiz, bir dinc sakin həlak olub.

Qeyd olunur ki, bu növbəti təxribat barədə Azərbaycan Respublikasının Xarici İşlər və Müdafiə nazirlikləri, Milli Məclis və digər dövlət qurumları dərhal müvafiq bəyanatlar verərək dünya ictimaiyyətini və beynəlxalq təşkilatları məlumatlandırıb. Həmin beynəlxalq təşkilatlar, BMT, ATƏT, İraq Respublikasının da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və bir çox dövlətlər Ermənistanın bu təxribatını dərhal qınayıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti xalqının iradəsini ifadə edərək münaqişə ilə bağlı bir sıra bəyanatlar verib. Bütün bu bəyanatlarda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirib. Lakin, Ermənistan tərəfi bütün bu illər ərzində qeyri-konstruktiv mövqe nümayiş edib ki, bu da danışıqların uzanmasına səbəb olub. Bu baxımdan Azərbaycan Prezidenti bəyanatlarında Ordumuzun işğal edilmiş torpaqlarımızı azad etməyə hər zaman hazır olduğunu ifadə edib.

Məqalədə, həmçinin münaqişə ilə bağlı ətraflı məlumat verilir. Bildirilir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan çox insan öz doğma torpaqlarında didərgin düşüb. İşğal olunan ərazilərin təcili və qeyd-şərtsiz boşaldılması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr hələ də yerinə yetirilməyib. Bununla yanaşı, Ermənistan ATƏT, İƏT və AŞPA-nın qəbul etdikləri qətnamə və qərarlara da məhəl qoymur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər