20 iyl 13:18dunya

Misir portalları Azərbaycan diasporunun Ermənistanın hərbi təxribatı ilə bağlı bəyanatını yayıb

Misir portalları Azərbaycan diasporunun Ermənistanın hərbi təxribatı ilə bağlı bəyanatını yayıbMisirin egyptnewsonline.com və waseqnews.com xəbər portallarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı Azərbaycanın bu ölkədəki diasporunun rəhbəri, professor Seymur Nəsirovun bəyanatı yayılıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda erməni silahlı qüvvələri ağır artilleriya vasitələrindən istifadə edərək Ermənistanla sərhəddə yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətindəki bəzi mövqeləri ələ keçirməyə cəhd edib. Azərbaycanın Qarabağ və ətrafındakı yeddi rayonu işğal edərək, bir milyondan çox azərbaycanlını öz dədə-baba yurdundan didərgin salan erməni işğalçı qüvvələri bu dəfə Qarabağdan 100 kilometr uzaqda yerləşən bölgələri ələ keçirməyə cəhd göstərib. Azərbaycan silahlı qüvvələri düşməni geri çəkilməyə məcbur edib. Ermənistandan qat-qat güclü orduya malik olan Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Amma onun səbrinin də həddi var”.

Bəyanatda Misir ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə məlumat verilir. Bildirilir ki, Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və davamlı olaraq atəşkəsi pozur. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də yerinə yetirilmir.

Azərbaycan icmasının bəyanatında vurğulanıb ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır. “Azərbaycan xalqı bizim ədalətli mövqeyimizi dəstəklədiyinə görə qardaş ölkəyə minnətdardır”, -deyə sonda bildirilir.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.