Sizin Reklam Burada

Pakistandan Ermənistana SƏRT BƏYANAT

Pakistandan Ermənistana SƏRT BƏYANAT“Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir”.

Avrasiya.net-in məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir.

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, - deyə bəyanatda vurğulanır.

Bəyanatda qeyd olunur ki, son təxribat hərəkəti Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdidir: “Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər