Sizin Reklam Burada

ABŞ-dan Haftara sərt xəbərdarlıq

ABŞ-dan Haftara sərt xəbərdarlıqLiviya iqtisadiyyatını baltalayanlar və hərbi vəziyyəti gərginləşdirənlər izolyasiya ediləcək və sanksiya ilə üzləşəcəklər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Liviya səfirliyinin Xəlifə Haftar ordusunun əməliyyatları ilə bağlı açıqlamasında deyilib.

“Əcnəbi ölkələrdə layihələndirilən Liviya Milli Ordusunun (Xəlifə Haftar) yaydığı ziddiyyətli mesajlar parlaq gələcək qurmaq istəyən liviyalılara zərər verməkdədir. Xəyal qırıqlığına səbəb olan bu təxribatlar səfirliyin Liviya Milli Razılıq Hökuməti və Nümayəndələr Məclisi ilə işləmək qətiyyətinə təsir etməyəcək”, - deyə bildirilib.

Qeyd edək ki, dünən Liviya Milli Ordusu (LMO) irəli sürülən şərtlərin qəbul edilməyəcəyi təqdirdə nəzarətdə olan torpaqlardakı neftin hasil edilməyəcəyini bildirmişdi.

LMO-nun tələbinə görə, Liviyada neftdən gələn gəlir üçüncü ölkədə bank hesabında toplanmalı və Liviya Milli Bankı Haftar ordusunun tabeliyində olmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər