Sizin Reklam Burada

QRU ABŞ əsgərlərinin başına mükafat qoydu... – Kəşfiyyat məlumatları ÜZƏ ÇIXIR

QRU ABŞ əsgərlərinin başına mükafat qoydu... – Kəşfiyyat məlumatları ÜZƏ ÇIXIRRusiya kəşfiyyatı “Taliban” döyüşçülərinə ABŞ əsgərlərini öldürmələri üçün pul təklif edib.

Publika.az xəbər verir ki, bu iddia ilə “Nyu-York Tayms” qəzeti çıxış edib.

Qəzet məlumatı ABŞ kəşfiyyatının rəsmilərinə istinadən yayıb. Məlumata görə, ABŞ rəsmiləri rusların bu təklifini tutulan “Taliban” döyüşçülərindən öyrəniblər.

Qəzet bu kəşfiyyat məlumatının mart ayında Prezident Donald Trampa və Milli Təhlükəsizlik Şurasına təqdim edildiyini yazır. Qeyd edir ki, Moskvaya qarşı diplomatik notanın verilməsindən tutmuş bir sıra sanksiyaların tətbiqinə qədər müxtəlif addımların atılacağı gözlənilir.

ABŞ-ın bəzi rəsmiləri Rusiyanın bu addımının son dövrlər Vaşinqtonla “Taliban”ın sülh danışıqlarını pozmaq üçün atdığını hesab edirlər.

Qəzet bildirir ki, amerikalı əsgərləri öldürmək üçün “Taliban” döyüşçülərinə pul təklif edən rus casusları Rusiya Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər