ABŞ-da 119 min insan koronadan öldü
Dərc olunub:
17-06-2020, 10:00
ABŞ-da gün ərzində daha 717 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” məlumat yayıb.
Ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 119 minə çatıb.
ABŞ-da hazırda 2 milyon 202 mindən çox koronaviruslu xəstə var.