Braziliyada bir gündə 33100 yoluxma, 1300 ölüm
Dərc olunub:
11-06-2020, 10:16
Braziliyada ötən gün daha 33 100 nəfər koronavirusa (COVID-19) yoluxub, 1300 nəfər pandemiyanın qurbanı olub.
Avrasiya.net xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 775 184-ə, ölənlərin sayı isə 39 797-yə yüksəlib.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci pillədə qərarlaşıb.