Tramp: Əvvəl koronanı anlamırdıq, indi isə...
Dərc olunub:
6-06-2020, 09:17
ABŞ koronavirusu indi anlamağa başlayır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, indiki dönəmdə xüsusi risk qrupunda olan insanlara fokuslanmaq lazımdır:
“Xalqımızın sağlamlığı ilə bağlı ən yaxşı strategiya öz resurslarımızı evlərdə qalan yaşlı insanların qorunmasına sərf etməkdir. Biz sağlamlara və cavanlara dərhal işə qayıtmalarına icazə veririk. Biz indi bu xəstəliyi anlayırıq. Əvvəl anlamırdıq”.