ABŞ bu şəxsin yerini deyənə 5 milyon verir
Dərc olunub:
2-06-2020, 11:51
ABŞ Dövlət Departamenti Venesuela kriptovalyutası olan petronun kuratoru Xoselita Ramires Kamaço barəsində məlumat üçün mükafat təyin edib.
Axar.az xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət katibi Mayk Pompeo yayıb.
O, Kamaçonun həbsinə yardım edə biləcək məlumat üçün ABŞ-ın 5 milyon dollar ödəyəcəyini deyib.
Pompeo bu şəxsin transmilli cinayətkarlıqda ittiham edildiyini söyləyib.