Sizin Reklam Burada

Suriyada İŞİD-in iki lideri öldürüldü

Suriyada İŞİD-in iki lideri öldürüldüİŞİD terror qruplaşmasının iki regional lideri "Suriya Demokratik Qüvvələri" və ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın birgə əməliyyatı zamanı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların başçılıq etdiyi ölkələr qrupunun İraqda və Suriyada keçirdiyi "Sarsılmaz qətiyyət" əməliyyatı qərargahının bəyanatında bildirilir.

"Mayın 17-də "Suriya Demokratik Qüvvələri" koalisiya ilə birgə Deyr-ez-Zor əyalətində İŞİD-in mövqelərinə zərbə endirdi. İŞİD-in iki lideri – Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsəm əl-Cuqayfi bu əməliyyatın gedişatında həlak oldular", - sənəddə deyilir.

Qeyd edilir ki, terrorçulardan birincisi Bağdadın şimalında qruplaşma üzvləri arasında rəhbərliyin göstərişlərinin yayılması ilə məşğul olub, ikinci şəxs isə silahın əldə olunmasına və digər məsələlərə cavabdehlik daşıyıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər