Sizin Reklam Burada

İrandan Qüds günü ilə bağlı növbəti bəyanat

İrandan Qüds günü ilə bağlı növbəti bəyanat İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Beynəlxalq Qüds Günü (22.05.2020) ilə bağlı bu gün ikinci bəyanat yayıb.

Səfirlikdən Avrasiya.net-ə daxil olan bəyanatda Beynəlxalq Qüds Gününün 41-ci ildönümündə Fələstin məsələsinin yeni həssas bir mərhələyə qədəm qoyduğu bildirilir.

“İran İslam Respublikası Beynəlxalq Qüds Günündə Fələstin xalqının azadlıq mübarizəsi ilə tam həmrəy olduğunu bəyan edir, sülh iddiası ilə səslənən “əsrin müqaviləsi” kimi hiyləgər planları rədd edir, islam dünyasında əsas məsələ olaraq Fələstinin tam azad edilməsinin əhəmiyyətini və sionist rejimin işğal və ekspansionizminə qarşı mübarizə aparmağın vacibliyini vurğulayır”.

Bəyanatda bir daha qeyd edilib ki, Fələstin, Qarabağ və islam dünyasının digər münaqişələrinin həllinə dəstək üçün islam həmrəyliyi məsələsinin diqqət mərkəzində saxlanması İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir:

“İran İslam Respublikası dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq prinsiplər əsasında ədalətli həll edilməsini təkidlə vurğulayıb”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər