Sizin Reklam Burada

Qarabağ və Qüdsün azad olunacağı gün...

 Qarabağ və Qüdsün azad olunacağı gün...    İran İslam Respublikasının ölkəmizdəki səfirliyi "Qüds günü" ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Avrasiya.net-ə daxil olan bəyanatda bildirilir ki, Məscid-ül Əqsanın bu şəhərdə yerləşməsi səbəbindən və ilahi vəhy baxımından Beytül-müqəddəs şəhəri çox böyük dəyərə malikdir. Bu şəhər çox bərəkətli bir yer olub, ilahi peyğəmbərlərin yaşadığı və peyğəmbərlik məqamına çatdığı məkan, müsəlmanların ilk qibləgahıdır və Məhəmməd peyğəmbərin merac etdiyi yerdir:

“Beytül-müqəddəs müsəlmanlarla yanaşı yəhudilər və xristianlar üçün də dini baxımdan çox böyük əhəmiyyətə malikdir. Lakin bu şəhərin bu qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, müsəlmanların ilk qibləgahı olan Qüdsi-Şərif bu gün sionistlərin əlindən qan ağlayır. Hamıya məlumdur ki, Fələstin xalqı uzun illərdir torpaqlarının işğalından irəli gələn saysız-hesabsız çətinliklərlə üz-üzədirlər və bunun nə demək olduğunu qaçqınlıq həyatının acısını dadmış insanlar daha yaxşı başa düşürlər. Məzlum və səbirli Fələstin xalqı illərdir ki, müsəlmanların Beytül-müqəddəsin sionistlərin işğalından azad olunması üzrə qəti addımını səbirsizliklə gözləyir. Xoşbəxtlikdən Xomeyni tərəfindən müdriklik və uzaqgörənliklə dünya Qüds günü elan olunması və İİR-in ali rəhbəri tərəfindən müqavimət cəbhəsinə verilən hərtərəfli dəstək nəticəsində Qüdsün azad olunması idealı bu gün həmişəkindən daha çox gerçəkləşməyə yaxındır.

Sionist xristianlar iddia edirlər ki, İsa peyğəmbər müqəddəs kitaba etiqadı olanların şəhəri Yerusəlimə (Qüdsə) qayıdaraq və Yerusəlimdə Davud taxtına əyləşərək dünyada sülh və ədalətlə hökmranlıq eləməyi əhd eləmişdir. Onlar İsa peyğəmbərin qayıdaraq dünyanı idarə edəcəyi barədəki etiqadlarını həyata keçirmək məqsədilə bu əqidədədirlər ki, müsəlmanların Beytül-müqəddəsdəki iki məscidi - yəni Əqsa və Səxra məscidləri müqəddəs kitab əhli olan insanlar tərəfindən dağıdılmalı və onun yerində Süleymanın məbədi və ya heykəli qoyulmalıdır. Sionistlər bu batil inanca əsaslanaraq və ABŞ-ın və bəzi digər dövlətlərin dəstəyi sayəsində 70 ilə yaxındır ki, Fələstində müsəlmanlara qarşı ən rəzil cinayətlərə əl atırlar, elə dəhşətli cinayətlərə ki, tarix boyu yaşamış ən qəddar cinayətkarları belə kölgədə qoymuşdur. Sionistlərin zülmünə qarşı mübarizə və məzlum Fələstin xalqına dəstək verilməsi hətta islam inqilabından əvvəl də islam dünyasının ən böyük alimlərindən olan Xomeyninin düşüncələrinin əsas sütunlarından birini təşkil edirdi. İran İslam İnqilabının qələbəsindən sonra isə Xomeyni Qüdsün və Fələstinin azad olunması məqsədilə mübarək Ramazan ayının hər son cümə gününü Qüds günü adlandırdı”.

Səfirliyin bəyanatında qeyd edilir ki, bu gün İslam günü, Allahın Rəsulunun günü, İslamın və İslam qanunlarının bərpası və məzlumların zalımlara qarşı mübarizəsi günü kimi elan edilib:

“Elə bu tərif əsasında da Qüds gününü eyni zamanda Qarabağ günü də adlandırmaq olar, çünki Qüds günü əslində işğalçılıq əyeyhinə elan olunmuş bir gündür. Qüds gününün elan olunması və bundan irəli gəlmiş islam oyanışı sayəsində bu gün sionist rejim böyük bir daxili böhranla üz-üzə qalmış və dünya xalqları arasında şəxsiyyət və etibarını əldən vermişdir”.

Bəyanatın sonunda qeyd edilib ki, islam dünyasının ictimai fikri və islam ölkələrinin xalqları özlərinin hətta bir qarış olsa belə torpağının işğala məruz qalması ilə barışa bilmirlər:

“Bu, islam dünyası torpaqlarının, o cümlədən Qüds-i Şərifin və məzlum Qarabağın azad olunacağı günün yaxında olduğundan xəbər verir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər