Sizin Reklam Burada

Koronavirus xəstələrini sağaldan həkim öldürüldü - SUİ-QƏSD

Koronavirus xəstələrini sağaldan həkim öldürüldü - SUİ-QƏSDABŞ-ın Pensilvaniya ştatında koronavirusla əlaqəli “çox vacib bir ixtiranın astanasında” olduğu iddia edilən Bing Liunun öldürülməsi ciddi rezonans doğurub.

Pittsburq Tibb Universitetinin tədqiqatçısı olan 37 yaşlı Bing Liu şənbə günü “Rose Township”dəki evində ölü vəziyyətdə tapılıb.

Polis rəsmiləri Liunun başından və boyundan vurulduğunu açıqlayıb.

Liunun cəsədi tapıldıqdan bir saat sonra evdən təxminən bir kilometr aralıda dayanan bir nəqliyyat vasitəsinin içərisində də ikinci bir cəsəd tapılıb. Bu cəsəd öldürürlən tədqiqatçının qatili 46 yaşlı Hao Gu adlı şəxsə məxsus olub.

Belə ki, cinayətkarın qətli törətdikdən sonra intihar etdiyi bildirilib.

ABŞ polis rəsmiləri belə açıqlama verib ki, cinayətkarla ölən şəxs arasında ədavət olub, qətl də bu üzdən baş verib. Lakin sosial mediada qətlin qəsdən təşkil olunduğu və tədqiqatçıya sui-qəsd edildiyi iddia olunur.

Həmkarları Liunun Covid-19 araşdırmalarında əhəmiyyətli tapıntılara çatacağını söylədikdən sonra isə qətlin planlaşdırılmış olması ilə bağlı iddialar daha da çoxalıb. / Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər