ABŞ-da koronadan ölənlərin sayı 70 minə yaxınlaşır
Dərc olunub:
5-05-2020, 18:48
ABŞ-da gün ərzində daha 53 nəfər koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Bildirilib ki, COVİD-19 virusundan ölənlərin ümumi sayı 69 min 974-ə çatıb.
Hazırda ABŞ-da koronavirusa yoluxan 1,214,023 nəfər xəstə var.