Sizin Reklam Burada

İranı ABŞ işğalından qoruyan 3 əsas fakt - Ekspert

İranı ABŞ işğalından qoruyan 3 əsas fakt - Ekspertİnanmıram ki, supergüclər İranın Qərb və Şərq ölkələrinə verdiyi böyük faydaları geri çevirib, onun hansısa hissəsini əldə etmək üçün hərbi müdaxilə etsinlər.

Bu sözləri Axar.az-a açıqlamasında İranın tanınmış siyasi ekspertlərindən Mehdi Nəimi ABŞ-ın sabiq dövlət katibi Henri Kissencerin İranı işğal edəcəkləri ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, ABŞ hazırda İrandan bölgə ölkələri ilə münasibətlərində daha çox yararlanır:

“Əvvəlcə baxaq, görək, İranın indiki durumu, rejim adına yürüdülən və aparılan siyasətlər hazırda supergüclərin, özəlliklə ABŞ-ın xeyrinədir, ya zərərinə? İranın siyasəti sayəsində ABŞ İrandan, loru dildə desək, "xoxan" yaradıb və qonşu ölkələri, o cümlədən Bəsrə körfəzi dövlətlərini “sağmaq”dadır. Milyardlarla dollar dəyərində silah satışı sözdə İran qorxusu səbəbi ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt və bu kimi digər ölkələr İran təhlükəsindən qorunmaq üçün ABŞ-ın himayəsinə keçiblər və siyasətlərini də buna əsasən nizamlayırlar. Bu qədər sözəbaxan ölkələri boş-boşuna qorxu kölgəsindən çıxarmaq istəyərlərmi?”

Ekspert bildirib ki, İranın işğalı da asan proses deyil:

“Çünki ötən illərdə İran İslam Respublikası radikal məzhəbçiləri yüksək dərəcədə təşkilatlandırıb. Bunlar həm iranda, həm də başqa ölkələrdə mövcuddur. Onlar da ya inanclarına əsaslanaraq, ya da İrandan aldıqları məvacibə görə bu yolda canlarından keçməyə hazırdırlar. Belə adamların mövcudluğu ABŞ-ın İranı işğal planını həyata keçirməsinə doğru addımları zamanı “xərcini” artıra bilər”.

Mehdi Nəimi bildirib ki, İrandan faydalanan nəhəng ölkələr onu ABŞ-a yem etməz:

“Digər məsələ isə budur ki, İran da yalnız deyil. İranın da ABŞ-a qarşı müqavimət göstərməsi üçün dayandığı başqa supergüclər var. Rusiya, Çin öz mənfəətlərini təqib etsələr də, İranı bir yem kimi ABŞ-ın qarşısına buraxmazlar. Doğrudur, onlar İranın ala gözünə aşiq deyillər. Ancaq bu ölkələrin də öz mənfəətləri var və hazırda İranın onlara böyük faydası dəyir. Bu iddialar rahat səslənə bilər, ancaq həyata keçməsi heç də asan deyil”.

Ekspert İranın çöküşünün daxildən başvermə ehtimalının daha böyük olduğunu vurğulayıb:

“İranın dağılması kənar müdaxilələrdən daha çox içəridən ola bilər. Yəni İranın öz əhalisi hakimiyyətdən incidiklərinə görə arxa çevirdiyi zaman rejimin sütunları titrəyə bilər. Bu, Tehran üçün xarici güclərin hücumundan daha qorxulu olar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər