24 apr 09:37dunya

Dünyada koronavirusa yoluxanların sayı 2,7 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 2,7 milyonu ötdüDünyada koronavirusdan ölənlərin sayı 190 197 nəfərə çatıb.

Avrasiya.net xarici mətbuata istinadən xəbər verir ki, hazırda dünyada 2 712 258 nəfər COVID-19 xəstəsidir.

Qeyd edilir ki, koronavirusdan ən çox insan ABŞ-da vəfat edib. Birləşmiş Ştatlarda 49 736 nəfər COVD-19-dan dünyasını dəyişib. İtaliyanın insan itkisi 25 549 nəfərdir. İspaniyada epidemiya qurbanlarının sayı 22 157 nəfər, Fransada 21 856 nəfər, Britaniyada 18 738, Belçikada 6 490, İranda 5 481, Almaniyada 5 404 nəfər, Çində isə 4 632 nəfərdir.

Bununla yanaşı, Niderlandda 4 177, Braziliyada 3 313, Türkiyədə 2 491, Kanadada 2 143, İsveçdə 2 021, İsveçrə 1 549 nəfər epidemiyanın qurbanı olub.
XƏBƏR LENTİ
SORĞU