08 apr 08:43dunya

Bir gündə 1700 ölü: Amerika şokda

Bir gündə 1700 ölü: Amerika şokda
ABŞ-da sutka ərzində yeni növ koronavirusdan 1700 nəfər ölüb. Bu barədə CNN telekanalı Con Hopkins Universitetinə istinadla məlumat yayıb. Daha əvvəl antirekord ölüm faktı (1400-dən çox) aprelin 3-də qeydə alınıb.

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 396,2 mini ötüb, virusa yoluxmuş 21 min 763 nəfər sağalıb, 12 min 722 xəstə ölüb.

Yeni növ koronavirusa yoluxma hadisəsi ötən ilin dekabrında Mərkəzi Çində qeydə alınıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
XƏBƏR LENTİ
SORĞU