Koronavirusa yoluxduğunu güman edən cütlük intihar etdi
Dərc olunub:
8-04-2020, 08:35
Koronavirusa yoluxduğunu güman edən cütlük intihar etdi
ABŞ-da koronavirusa yoluxduğunu güman edən cütlük intihar edib.
Publika.az xəbər verir ki, 54 yaşlı Patrik əvvəlcə 59 yaşlı sevgilisini odlu silahla öldürüb. Ardınca isə o özü intihar edib. Məlumata görə, onlar səhhətlərində problemlər hiss etdikləri üçün koronavirus testindən keçiblər. Lakin cütlük testin cavabını almadan intihar edib.
Testin nəticələri açıqlanmır.