Sizin Reklam Burada

ABŞ-dan sülh gözləyirdik, ancaq o, qan gətirdi – Türkman lider

ABŞ-dan sülh gözləyirdik, ancaq o, qan gətirdi – Türkman lider
ABŞ həm Suriyanın şimal-şərqində neftə nəzarət etmək, həm də İraqın qərbindəki hakimiyyətini davam etdirmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya ABŞ-ın K-1 hərbi bazasının boşaldılaraq Suriya ərazisindəki Hasekə bölgəsinə köçürülməsi ilə bağlı danışarkən deyib.

“Buna görə də ABŞ İraqın bəzi bölgələrindən çəkildi, hamısından deyil. Ərbil və Anbar bölgəsində hələ də hərbi bazaları yerləşir. Eyni zamanda Suriyada da gücünü müəyyən qədər artıraraq, bölgədə həm neft, həm də kürd kartını əlində tutmağa çalışır. Nefti Çinə qarşı, kürd kartını isə bölgə ölkələri üçün saxlayır. Göstəriş üçün olan İŞİD ilə mübarizə bəhanəsi ilə son günlərdə Ərbildəki bazalarına çox sayda silah toplayıb və hərbçi cəlb edib. İraq rejimi özü də ölkədə ABŞ əsgərlərini görmək istəmir, çəkilməsini arzu edirlər. Çünki həmin əsgərlər həm İraqın daxili siyasi mühitində, həm də qonşuları əleyhinə istifadə edilməkdədir. Lakin Şimali İraq administrasiyası amerikalı hərbçilərə müsbət yanaşır”, - o bildirib.

Partiya sədrinin sözlərinə görə, İraqda ümumi rəy ondan ibarətdir ki, İŞİD xüsusi kəşfiyyat qruplarının yaratdığı terror qruplaşmasıdır:

“Bu səbəbdən İraq ilə ABŞ arasında ciddi bir güvənsizlik mövcuddur. ABŞ-ın Orta Şərq siyasəti bölgədəki sabitliyi pozdu. Bölgəyə qan və tələfat gətirdi. Hansı ki, ABŞ-ın demokratiya və sülh gətirəcəyi gözlənilirdi. Bölgənin silahsızlaşdırılması və qalıcı sülhün təmin edilməsini istəyir, türkman, kürd və ərəblərin birlikdə sülh içində yaşadığı İraqı hədəf alırıq. İraqda sülh təmin edilməsə, Şərqdə də sülh olmayacaq. Çünki İraq Orta Şərqin ürəyidir. Qərblilər gəlməzdən öncə İraqda cəmiyyət içində sülh tarix boyu qüvvədə olub”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər