Sizin Reklam Burada

Ər-Riyaddan şahmat gedişi: Rusiyaya jest etdi – Şərh

Ər-Riyaddan şahmat gedişi: Rusiyaya jest etdi – Şərh
Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinin 10 aprelə qədər neft qiymətlərini açıqlamaması Rusiyaya qarşı tətbiq edilən yumşaq güc siyasətidir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinin aprelin 10-na qədər may ayı üçün yeni neft qiymətlərini açıqlamaqdan imtina etməsini şərh edərkən deyib. O bildirib ki, “Saudi Aramko” şirkəti keçən ay da neftin qiyməti ilə bağlı bənzər açıqlama vermişdi:

“Bu açıqlamadan sonra isə neftin qiymətində kəskin eniş oldu. Çünki şirkət Avropa ölkələrinə satdığı neftdə görünməmiş şəkildə 6-7 dollar endirim etdi. Buna görə də bu gün də neftin real bazar qiyməti ilə birjalardakı qiyməti arasında ciddi fərq var. Səudiyyənin bu addımı sonrası digər ölkələr də bənzər qiymət endirimləri etdi və bu gün birjalarda neft qiyməti 32-33 dollar olsa da, bazarda 25 dollardan yuxarı deyil”.

N.Cəfərli qeyd edib ki, hazırda neft bazarında qəribə bir şahmat oyunu gedir:

“Saudi Aramko” 10 aprelə qədər yeni neft qiymətini açıqlamayacağını deməklə OPEK+ ölkələrinin iclasına kimi Rusiyaya güzəştə getdiyini göstərmiş oldu. Səudiyyə Ərəbistanı bu yolla həm də Rusiyanı danışıqlar masasına gətirmək istəyir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər